Baş ağrılarından dərmansız qurtulun – TƏBİİ ÜSULLAR

Baş ağrısı hamımızın tez-tez rastlaşdığı sağlamlıq problemlərindən biridir. Əksəriyyətimiz baş ağrısının keçməsi üçün dərmandan istifadə edirik. Lakin bu xoşagəlməz haldan təbii yollarla da xilas olmaq mümkündür. E-tibb.az baş ağrılarından qurtulmağın təbii üsullarını sadalayır.  
 
- Baş ağrılarının müəyyən səbəblərindən biri stressdir. Stressdən əzələlər sərtləşir və baş-boyun ağrısıyla başlayıb, baş ağrısına çevrilə bilər. Boynunuzu və çiyninizi hərəkət etdirərək, kiçik məşqlər edin.
 
- Stressə bağlı baş ağrıları zamanı yastığınıza bir neçə damcı lavanda yağı damcıladın, sonra yatın. Lavandanın quru yarpaqları və çiçəklərindən torbalar hazırlayıb, alnınıza qoya bilər və ya lavanda vannası qəbul edərək baş ağrısını yüngülləşdirə bilərsiniz. 2-3 stəkan qaynar suya bir neçə damcı lavanda yağı tökün və buxarı nəfəsinizə çəkin. Alnınızı bir müddət həmin buxara verə bilərsiniz.
 
- Başınız ağrıdıqda barmağınızla basaraq, ağrının qarşısını ala biləcəyiniz nöqtələr var. Bu nöqtə baş barmağınız və işarə barmağınızın arasında qalan oynaq nöqtələridir. Həmin nöqtəni dairəvi hərəkətlərlə yüngülcə sıxın.
 
- Miqren qaynaqlı baş ağrısı zamanı işığa həssaslıq artır. Buna görə də qaranlıq otaqda istirahət edə bilərsiniz. Bundan başqa 2 damcı nanəcövhər yağını 1 çay qaşığı hindqozu yağı ilə qarışdırın və alnınıza, boynunuzun arxasına, çiyinlərinizə masaj edərək sürtün.
 
- İsti duş boşalma hissi yaradır. Duşa girə bilmirsinizsə, ayaqlarınızı isti su dolu vannaya qaba qoya bilərsiniz.
 
- Limon aromaterapiyası bir çox xüsusiyyətləri sayəsində baş ağrısına yaxşı təsir edir. Bir parça limonu əlinizdə ovuşturup məcun konsistensiyası halına gətirin, üzünüzə və alnınıza sürtün.
 
- Yuxusuzluğa qarşı da istifadə edə biləcəyiniz pişikotunun rahatlaşdırıcı təsiri var. Eyni zamanda, miqrenə də yaxşı təsir edir.
 
- Menstruasiyadan əvvəl təzyiqdən qaynaqlanan və əsəbdən yaranan baş ağrılarının müalicəsində mina çiçəyindən istifadə olunur. Çox az miqdarda təzə mina çiçəyini çaya əlavə edərək içə bilərsiniz.
 
- Zəncəfil soyuqdəymə, viruslar və sinus infeksiyalarına bağlı olan baş ağrılarından xilas olmağa kömək edir. Təzə zəncəfili əzib, qaynar suya atın və çayını için. Buxarını da içinizə çəkə bilərsiniz.
 
- 2 stəkan qaynar suya 1 çay qaşığı əzilmiş keşniş toxumu əlavə edin. 10 dəqiqə dəmləyin və için.
 
- Səbəbi nə olursa-olsun, adaçayı baş ağrısını rahatladır.

LENT

19 Aprel 2019
18 Aprel 2019

Digər xəbərlər >>>