7 evi birdən soydu
25 mart 2019 20:18 (UTC +04:00)

7 evi birdən soydu

Abşeron rayonu ərazisində 7 evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən Lent.az-a daxil olan məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində  7 evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Saray qəsəbə sakini, əvvəllər oğurluğa görə məhkum olunan İ.Nağıyev saxlanılıb.

# 645
avatar

Oxşar yazılar