[b]Daha bir məscidi yandırmaq istədilər[/b]
25 mart 2019 13:57 (UTC +04:00)

[b]Daha bir məscidi yandırmaq istədilər[/b]

ABŞ-da naməlum şəxslər məscidi yandırmağa cəhd ediblər.
 
ONA “RİA Novosti”-yə istinadən xəbər verir ki, ABŞ polisi insidentlə bağlı araşdırmalara başlayıb. Bildirilir ki, insident Kaliforniyanın Eskondido şəhərinin məscidində baş verib. Yanğın zamanı məscidin içərisində 7 nəfərin olduğu qeyd edilir. Onlar yanğınsöndürənlər gələnə kimi özləri yanğını söndürməyə nail olublar. 
 
Polisin məlumatına görə, yanğını törətməkdə şübhəli bilinən şəxs məscidin parkinq sahəsində qraffiti şəklində mesaj qoyub. Mesajın nədən ibarət olduğu dəqiqləşdirilməsə də, hüquq-mühafizə orqanları bildirir ki, yazı Yeni Zelandiyada məsciddə baş verən terror aktı ilə əlaqəlidir. 
 
“Əgər bu, qəsdən törədilən yanğındırsa, o zaman dini nifrət zənində baş vermiş cinayətdir”, - deyə Eskondido Polis İdarəsinin nümayəndəsi Kris Lik vurğulayıb.  
# 737
avatar

Oxşar yazılar