[b]Azərbaycanda proqram piratlığının səviyyəsi yüksəkdir - AÇIQLAMA[/b]
25 mart 2019 12:56 (UTC +04:00)

[b]Azərbaycanda proqram piratlığının səviyyəsi yüksəkdir - AÇIQLAMA[/b]

"Azərbaycanda proqram təminatı sahəsində piratlığın səviyyəsi azalmağa doğru getsə belə, bu temp kifayət qədər dinamik deyil".
 
Bu barədə ONA-ya “Microsoft” şirkətinin MDB ölkələrində kibertəhlükəsizlik və lisenziya uyğunluğu üzrə direktoru Dmitri Beresnev deyib.
 
Onun sözlərinə görə, araşdırmalar göstərir ki, ölkədə proqram təminatı sahəsində piratlığın səviyyəsi 81 faiz təşkil edir. 
 
“Sevindirici hal odur ki, kritik proqram təminatı sahəsində bu göstərici bir qədər aşağıdır. Lakin ümumi baxsaq, bu göstərici yüksək olaraq qalır. Bu o deməkdir ki, hər iki strateji təşkilatın birində, əsas kompüterlərdə olmasa belə, onların bəzilərində boşluqlar tapmaq şansı böyükdür. Bu sahədə biz dövlətlə, hüquq-mühafizə orqanları ilə birgə işlər aparırıq ki, mövcud vəziyyəti dəyişək”, - deyə D. Beresnev qeyd edib.
# 491
avatar

Oxşar yazılar