Penitensiar xidmət Uşaq evinin sakini üçün bayram keçirib - <span style="color:red;">FOTO
25 mart 2019 13:07 (UTC +04:00)

Penitensiar xidmət Uşaq evinin sakini üçün bayram keçirib - FOTO

Novruz bayramının qeyd edilməsi münasibətilə Ədliyə Nazirliyi Penitensiar xidmətinin cəzaçəkmə müəssisələri və istintaq təcridxanlarında cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər üçün müxtəlif bayram tədbirləri həyata keçirilməkdədir.

 

Lent.aza verilən məlumata görə, ixtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrinə əsasən 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Şahbazov Xəyyam Məhəmməd oğlu müəssisə rəhbərliyinə müraciət edərək valideynləri vəfat etdikdən sonra uşaq evində saxlanılan 6 yaşlı qardaşı Kabak Cəlal Qasım oğlu ilə görüşə şərait yaradılmasını xahiş edib.

 

Bayram günlərində İxtisaslaşdırılmış müalicə müəssisəsinin və Bakı şəhər 2 saylı uşaq evinin rəhbərliyinin təşəbbüsü ilə azyaşlı Cəlal Kabak qardaşı məhkum Xəyyam Şahbazovla qısamüddətli görüşə gətirilib.

 

Müəssisə əməkdaşları tərəfindən azyaşlı Cəlal Kabaka geyim dəstləri, bayram sovqatları və hədiyyələr alınıb, onun üçün bayram süfrəsi təşkil edilib.

Qardaşı ilə görüşə şərait yaradıldığı üçün məhkum Xəyyam Şahbazov Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəhbərliyinə öz təşəkkürünü bildirib.

# 694
avatar

Oxşar yazılar