[b]Bakıda ağır yol qəzası: ölən və yaralı var[/b]
25 mart 2019 12:53 (UTC +04:00)

[b]Bakıda ağır yol qəzası: ölən və yaralı var[/b]

Səbail rayonunun Salyan Yolu küçəsində “Mercedes” markalı avtomobillə paytaxt sakinləri R.Cəfərov və V.Rəhimov vurulublar.
 
Daxili İşlər Nazirliyindən Lent.az-a daxil olan məlumata görə, martın 23-də saat 23 radələrində Səbail rayonunun Salyan Yolu küçəsində Bakı şəhər sakini R.Hacıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Roman Cəfərovu və Vahid Rəhimovu vurub. Hər iki piyada xəstəxanaya yerləşdirilib, R.Cəfərov orada ölüb.
Səbail RPİ tərəfindən araşdırma aparılır.
 
# 781
avatar

Oxşar yazılar