"Gürcüstan mütləq NATO-nun üzvü olacaq" - Baş katib

“Gürcüstan NATO-nun xüsusi tərəfdaşıdır”.
 
ONA “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə Tiflisdə rəsmi səfərdə olan NATO-nun baş katibi Yens Stoltenberq bildirib. Onun sözlərinə görə, Gürcüstan Avro-Atlantik məkana inteqrasiya yolunda böyük uğur əldə edib.
 
“Ötən il biz bir daha təsdiqlədik ki, 2008-ci il Buxarest sammitinin qərarı qüvvədə qalır. Gürcüstan mütləq NATO-nun üzvü olacaq. Sizin ölkə NATO-nun üzvü deyil, amma bizim fəaliyyətimizə çox böyük töhfə verir. Baş tutan birgə təlimlər Gürcüstan və NATO arasında güclü əməkdaşlığın sübutudur”, - deyə Y.Stoltenberq qeyd edib. 
 
Y. Stoltenberq Gürcüstanın quruma üzv olacağı tarixi, bunun Abxaziya və Cənubi Osetiya olmadan baş tutub-tutmayacağı barədə fikir bildirməyib. 
 
O, həmçinin vurğulayıb ki, NATO-ya daxil olma qərarını Gürcüstan və digər alyans üzvləri qəbul edir və Rusiya və ya digər bir ölkə bu prosesə təsir edə bilməz. NATO-nun baş katibi əlavə edib ki, alyans Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. 

LENT

19 Aprel 2019
18 Aprel 2019

Digər xəbərlər >>>