[b]“Sevgi tanqosu” təqdim olundu - YENİ KLİP - VİDEO[/b]
25 mart 2019 10:54 (UTC +04:00)

[b]“Sevgi tanqosu” təqdim olundu - YENİ KLİP - VİDEO[/b]

 
Müğənni Zamiq Hüseynovun repertuarına yeni mahnı əlavə olunub. Lent.az xəbər verir ki, sənətçi bu gün “Sevgi tanqosu” adlı mahnısını təqdim edib.  
 
Tanqo janrında lentə alınan bəstə Zamiqin rəsmi “Youtube” səhifəsində yerləşdirilib.  Z. Hüseynov bildirib ki, yeni layihələri çoxdur və müəyyən fasilələrlə hamısını təqdim edəcək:
 
“Konsertdən sonra bir az ara verdik, artıq asta-asta layihələrimi təqdim edəcəm. Bəzilərini klipli, bəzilərini isə klipsiz. Tango sevdiyim janrdır, məndə hər zaman nostalji hisslər yaradır”.
 
Qeyd edək ki, “Sevgi tanqosu”nun sözləri Baba Qədirli, musiqisi Vüqar Mirzəyev, aranjımanı Samir Şirinova məxsusdur.
 
# 843
avatar

Yalçın UĞUR

Oxşar yazılar