Gəncə-Bakı reysinə əlavə sürətli sərnişin qatarı təyin edildi
25 mart 2019 10:19 (UTC +04:00)

Gəncə-Bakı reysinə əlavə sürətli sərnişin qatarı təyin edildi

 
Bu gün Gəncə-Bakı reysi ilə əlavə sürətli sərnişin qatarı yola salınacaq.
 
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) İctimaiyyətlə əlaqələr şöbəsindən ONA-ya verilən məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC Novruz bayramından sonra Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədi ilə həmin reysə dəyişiklik edib.  Bu gün Gəncədən bir reysə əlavə 703 nömrəli Gəncə-Bakı sürətli sərnişin qatarı təyin edilir.
 
Qeyd edək ki, qatar Gəncədən saat 18.00-da yola düşəcək və Bakıya saat 22-15-də çatacaq. 
# 720
avatar

Oxşar yazılar