Fələstin raketi İsrailin mərkəzindəki evə düşdü
25 mart 2019 09:45 (UTC +04:00)

Fələstin raketi İsrailin mərkəzindəki evə düşdü

 
Qəzza zolağından atılan raket İsrailin mərkəzində yerləşən yaşayış evinə düşüb. 
 
ONA-nın TASS-a istinadən yaydığı xəbərinə görə, raket zərbəsi Tel-Avivdən şimalda yerləşən Mişmeret yaşayış məntəqəsinə tuş gəlib. 
 
Yaşayış evinə düşən raket yanğına səbəb olub. Nəticədə 6 nəfər yaralanıb.
 
Öncədən Tel-Avivin şimalında hava həyəcanı sirenaları işə düşüb.  
# 756
avatar

Oxşar yazılar