“Ən yaxşı müəllim” 1 milyon dollar mükafat aldı

 
Dubay əmirliyində “Dünyanın ən yaxşı müəllimi” müsabiqəsinə yekun vurulub. 
 
ONA-nın Dubayın rəsmi mətbuat xidmətinə istinadən yaydığı xəbərinə görə, «Dünyanın ən yaxşı müəllimi» adını və 1 milyon dollar mükafatı Keniyadan olan keşiş Piter Tabiçi qazanıb. 
 
Mükafatlandırma mərasimini amerikalı aktyor Xyu Djekman aparıb, qalibə mükafatı isə Dubay şahzadəsı Xəmdan ibn Məhəmməd Əl-Maktum verib.
 
36 yaşlı Piter Tabaçı Keniyada orta məktəbdə dərs deyir və əmək haqqının böyük hissəsini kasıblara verir.
 
“Dünyanın ən yaxşı müəllimi” mükafatı 2015-çi ildən indiyalı Sanni Varkeyin xeyriyə fondu tərəfindən verilir.
 
Bu il müsabiqəyə 179 ölkədən 10 min ərizə gəlıb. 

LENT

23 Aprel 2019
22 Aprel 2019

Digər xəbərlər >>>