ABŞ-ın Yaponiyadakı hərbi bazasında partlayış oldu
25 mart 2019 08:58 (UTC +04:00)

ABŞ-ın Yaponiyadakı hərbi bazasında partlayış oldu

 
ABŞ-ın Yaponiyanın Okinava adasında yerləşən Kemp-Dzukeran dəniz piyadaları bazasında partlayış baş verib. 
 
ONA-nın TASS-a istinadən yaydığı xəbərinə görə, naməlum şəxslər hasarın bir hissəsini sökərək obyektə daxil olub.
 
Sonra onlar Yaponiya müdafiə nazirliyinin istifadəsində olan binanın altına qaz balonu qoyaraq onu partladıblar. 
 
Hadisədə heç kəs xəsarət almayıb.
 
Faktla bağlı araşdırma aparılır.   
# 549
avatar

Oxşar yazılar