Dərmanların saxlanılması QAYDALARI

Şübhəsizdir ki, dərman vasitələrinin effektivliyi düzgün saxlanma qaydalarından birbaşa asılıdır.
 
Dərmanları rütubətdən və günəş şüalarından qorumaq vacibdir. Bir çox dərman vasitəsi hiqroskopik olduğundan rütubəti özünə çəkir. Bu halda dərmanlar keyfiyyətini itirir.
 
Dərmanları rütubət yüksək olan yerlərdə - mətbəxdə və hamamda saxlamaq qadağandır.
 
Dərmanlar quru, təmiz, gün düşməyən və sərin yerlərdə saxlanılmalıdır.
 
Dərmanların uyğun temperaturda saxlanması çox vacibdir. Bir çox dərman vasitəsinin saxlanılması otaq temperaturunda (15-25°C) nəzərdə tutulur. Bəzi hallarda bu diapazon daha geniş olur (15-30°C). Bu cür dərmanları qutuda ağzı bağlı, quru, təmiz, gün düşməyən və sərin şkaflarda saxlamaq lazımdır. Bəzən temperatur yüksək olduqda, dərmanları daha sərin yerə köçürmək lazımdır. Dərmanları soyuducuda saxlamaq olmaz. Əksinə, dərmanlar soyuq şəraitdə saxlandıqda və ya dondurulduqda keyfiyyətini itirir.
 
Əgər dərmanların qabı üzərində və içlik vərəqələrində saxlanılma şəraiti 2-8°C temperatur qeyd olunubsa, bu, soyuducu şəraiti sayılır və soyuducuda saxlanılması mütləqdir.
 
Məişət soyuducularının daxilində 2-8°C temperatur olmasına baxmayaraq, zonalardan asılı olaraq temperatur fərqlənir. Bunu nəzərə alaraq, dərman vasitələrinin saxlanılması üçün soyuducunun dondurucu kamerasından ən uzaq məsafədə yerləşən rəflərdən istifadə məqsədə uyğundur.
 
Dərmanları soyuducuya yerləşdirməkdən öncə rütubətdən qoruma məqsədilə onları qutuya və ya polietilen paketlərə qoymaq lazımdır. Çünki soyuducuda saxlanılan dərmanların donması yolverilməzdir və donma izləri müşahidə olunduqda dərman vasitəsindən istifadə olunmamalıdır.
 
Dərmanlar uşaqların əlinin çatmadığı yerlərdə saxlanılmalıdır.
 
Dərmanların təbii su hövzələrinə düşməməsi üçün onları tualetə axıtmaq olmaz.
 
Dərmanların saxlandığı dolab kip bağlanılmalıdır. 
 
Saxlanma müddəti bitmiş dərmanları dərhal atılmalıdır.
 
 
 

LENT

23 Aprel 2019
22 Aprel 2019

Digər xəbərlər >>>