24 yaşlı oğlan komaya düşərək öldü
24 mart 2019 17:59 (UTC +04:00)

24 yaşlı oğlan komaya düşərək öldü

Göyçayda gənc oğlan epilepsiya xəstəliyindən ölüb.
 
ONA-nın yerli bürosunun məlumatına görə, rayonun Müskürlü kənd sakini, 1995-ci il təvəllüdlü Rəsulov Taleh İldırım oğlunun bədən temperaturu qəflətən 42 dərəcəyə qalxıb.
 
Taleh Rəsulov qıcolma vəziyyətində rayon təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Xəstəxanadan ONA-nın yerli bürosuna verilən məlumata görə, T. Rəsulov epilepsiya xəstəliyi ilə əlaqədar Göyçay rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində qeydiyyatda olub, evdə dərmanları mütəmadi qəbul etmədiyi üçün vəziyyəti ağırlaşıb və vəziyyəti ağırlaşdıqdan sonra təcili tibbi yardım stansiyasına müraciət edilib.
 
Onun epileptik status, 4-cü dərəcəli komaya düşməsi səbəbindən öldüyü  bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.
# 2022
avatar

Oxşar yazılar