Şəkəri bunlarla əvəz edə bilərsiniz - SİYAHI
24 mart 2019 14:41 (UTC +04:00)

Şəkəri bunlarla əvəz edə bilərsiniz - SİYAHI

İşlənmiş şəkərin ziyanları barədə çoxlarımız məlumatlıyıq. Amma buna baxmayaraq, gündəlik qidalanmada şəkər, işlənmiş şəkərlə zəngin olan məhsullardan geniş istifadə olunur. Mütəxəssislərsə hər zaman işlənmiş şəkər yerinə təbii qidalardan istifadənin zəruriliyini vurğulayırlar. Yeməklərə, şirniyyatlara şəkərin dadını verən bir çox təbii qidalar var. Bəs onlar hansılardır?

Bal

Bal təbii şəkərlə çox zəngindir, vitamin və mineral mənbəyidir. Şəkər yerinə yeməklərə, şirniyyatlara qatılmalı olan şəkərin 3/4-ü qədər bal vurula bilər.

Banan

Banan yeməklərə xüsusi dad verəcək bol miqdarda təbii şəkər mənbəyidir.

Şirniyyatlara banan əlavə etsəniz yanılmazsınız. Yetişməmiş bananları sobada qəhvəyi rəng alana qədər isidib istifadə etsəniz heç şəkər lazım olmadığını görəcəksiniz.

Duz

Şəkər yerinə duz istifadə etmək bəlkə də təəccüblü görünə bilər. Onsuz da əksər şirniyyat reseptlərində bir qədər duz olur. Bu, duzun qidaların təbii şəkərini ortaya çıxara bilmə və turşməzə dadı azaltma qabiliyyəti ilə bağlıdır.

Şirniyyata vurulan ədviyyatlar da şəkəri əvəz edə bilir. Bu sırada öndə darçın gəlir. Hil, razyana kimi ədviyyatlar da eyni xüsusiyyətə malikdir.

Eyni sözləri vanil barədə də demək olar. Bütün şirniyyatların, ələlxüsus kekslər, qurabiyələrin hazırlanmasında istifadə edilən, onlara xüsusi dad qatan vanil şəkərin alternativi sayılır. Təbii şəkərlə zəngin olan vanil toz halında ya da toxum halında istifadə edilə bilər.

Yerkökü  həm şirniyyatlara, həm də xörəklərə şəkər dadı verə, süni şəkəri əvəzləyə bilər. O da şəkərin alternativi sayılır.

Soğanın şəkər yerində istifadəsi daha təəccüblü görünsə də, qızardılan soğanın şirin dad verə bilməyəcəyi xörək resepti yoxdur.

Təbii meyvə şirələri  yeməklər, şirniyyatlar üçün şəkər əvəzinə istifadə oluna bilər.

Bir fincan şəkəri yarım fincan meyvə püresi, ya da meyvə suyu ilə əvəzləmək olar.

Xurma

Təbii şəkər mənbəyi olan xurma bir çox şirniyyatlara əvəzolunmaz dad qata və şəkəri birmənalı olaraq əvəzləyə bilər.

 

E-tibb.az

# 1040
avatar

Oxşar yazılar