Yolda qadını vurub qaçdı - AXTARILIR
23 mart 2019 23:30 (UTC +04:00)

Yolda qadını vurub qaçdı - AXTARILIR

 
Abşeronda naməlum sürücü avtomobillə qadını vuraraq hadisə yerindən uzaqlaşıb.
 
ONA-nın xəbərinə görə, yol-nəqliyyat hadisəsi Qobu qəsəbəsində baş verib.
 
1978-ci il təvəllüdlü Hüseynova Aynur Məzahir qızı yolun piyadalar üçün nəzərdə tutulmamış hissəsindən keçərkən onu naməlum avtomobil vurub. Daha sonra sürücü hadisə yerindən yayınıb.
 
Yaralı şahidlərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
# 817
avatar

Oxşar yazılar