<b>Sərxoş sürücü qəza törətdi - <span style="color:red;">13 yaşlı uşaq yerindəcə keçindi </b>
23 mart 2019 19:08 (UTC +04:00)

Sərxoş sürücü qəza törətdi - 13 yaşlı uşaq yerindəcə keçindi

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
 
ONA-nın yerli bürosunun məlumatına görə, şəhərin Səməd Vurğun küçəsində "Opel" markalı avtomobil yolu keçmək istəyən təxminən 13 yaşlı uşağı vurub.
 
O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Ölənin şəxsiyyəti dəqiqləşdirilir. Sürücünün sərxoş olduğu bildirilir. Mərhumun meyiti müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
 
# 864
avatar

Oxşar yazılar