Azərbaycanda ər arvadını baltaladı
23 mart 2019 18:46 (UTC +04:00)

Azərbaycanda ər arvadını baltaladı

Bərdə rayonunda ər arvadına balta ilə xəsarət yetirib.
 
ONA-nın məlumatına görə, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.
 
Belə ki, Kəlbəcərdən məcburi köçkün Nadirxanov Şahvələd Pənah oğlu öz həyat yoldaşı, 1983-cü il təvəllüdlü Yəhyayeva Pərvanə Arif qızına əri tərəfindən balta ilə ağır xəsarət yetirilib. Yaralı Pərvanə Yəhyayeva yaxınları tərəfində Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər yaralı qadının vəziyyətinin ağır olduğunu bildirib.
 
Faktla bağlı araşdırma başlansa da, hadisənin təfərrüatı açıqlanmır.
# 709
avatar

Oxşar yazılar