Azərbaycan yığmasını UEFA sanksiyası gözləyir - FOTO

Xorvatiya - Azərbaycan oyununda Azərbaycan yığması yenə sensasiya yaradacaq, böyük qalmaqala səbəb olacaq addımla yadda qalıb. Çox böyük ehtimal ki, UEFA sanksiyası gözlənilir. 
 
 
Belə ki, Azərbaycan yığmasının oyunçuları meydana əyinlərində turnirin liqasının loqosu olmadan çıxıblar. UEFA Nizamnaməsinə görə maykanın sol qolunda Avropa Kvalifikasya loqosu, 2-ci emplem isə RESPECT loqosu ilə çıxır. Sağ qolda isə qeyd etdiyimiz turnirin loqosu olmalıdır. Bizim milli isə meydana 2 loqo ilə çıxıb.
 
 
Ola bilsin ki, texniki qüsurdu, ola bilsin ki, diqqət çəkməyəcəkdi, deyib qınaq bildirənlər olar. Amma niyə? Hansı səbəbə Elxan Məmmədovun idarəçiliyində belə rüsvayçılıqlar olmalıdır? Niyə Elxan Məmmədovun təyin etdiyi kadrlar belə yarıtmaz işlə məşğul olmalıdılar? 
 
 
Bu Elxan Məmmədovun yalnış kadr siyasəti deyil, bu onun Azərbaycan millisinə yanaşmasıdır. Bu adam ancaq ziyan verir, zərbə vurur. Nə vaxta qədər? 
 
 
Ümid edək ki, UEFA-nın cəriməsi və sanksiyası 2020 qrup mərhələsinin Bakıda keçirilməsinə toxunmaz, ciddi maliyyə cəriməsi ilə ötüşərik. Nə edək, yığmanı da belələri diarə edir, bizim gücümüz ancaq duaya, güman etməyə çatır.
(fanat.az)

LENT

23 Aprel 2019
22 Aprel 2019

Digər xəbərlər >>>