<b>“Üç saatdan bir havanın parametrləri üzərində müşahidə aparılır” -<b> <span style="color:red;">Baş hidroloq - ÖZƏL </b></b>
23 mart 2019 15:51 (UTC +04:00)

“Üç saatdan bir havanın parametrləri üzərində müşahidə aparılır” - Baş hidroloq - ÖZƏL

“Hazırda Azərbaycanda 80-ə yaxın meteoroloji stansiyada hər 3 saatdan bir havanın parametrləri üzərində müşahidə aparılır.

Ölkəmizdə  hidrometeoroloji müşahidələr 1830-cu ildən aparılır. 1920-ci ildə isə Hidrometeoroloji xidmət bürosu yaradılıb”.

 

Bunu  Lent.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib.

1991-ci ildə Dövlət Hidrometeorologiya Komitəsinin yaradıldığını deyən baş hidroloq, 1998-ci ildə Hidrometeoroloji fəaliyyət haqqında qanun qəbul edildiyini xatırladıb:

 

“2001-ci ildə ETSN-nin tərkibində Milli Hidrometeorologiya Xidməti yaradılıb. Hazırda 80-ə yaxın meteoroloji stansiyada hər 3 saatdan bir havanın parametrləri üzərində müşahidə aparılır, 68 avtomat meteorolojo stansiya fəaliyyət göstərir, 100-ə yaxın hidroloji məntəqədə gündə 2 dəfə suyun səviyyəsi, suyun temperaturu və su sərfi üzərində, 9 dəniz hidrometeoroloji stansiyada, 4 radiometeoroloji stansiyada aqrometeoroloji müşahidələr aparılır”.

 

A.Verdiyev qeyd edib ki, Azərbaycan 1993-cü ildə ÜMT-nin Konvensiyasına qoşulub və bu Konvensiyadan irəli gələn bütün tələblərə əməl edərək, məlumatların Beynəlxalq və Regional mübdailəsini həyata keçirir, təşkilatın qəbul etdiyi qərarları icra edir: “Azərbaycan Respublikasının ÜMT ilə sıx əməkdaşlıq münasibətləri mövcuddur.

Bu əməkdaşlıq münasibətləri ilk olaraq özünü, Ümumdünya Meteorologiya Konqresi, ÜMT-nin İcraiyyə Şurası, ÜMT-nin Avropa Regional Assosiasiyasının sessiyalarında, o cümlədən il ərzində ÜMT çərçivəsində keçirilən iclaslarda Azərbaycan Respublikasının müvafiq nümayəndə heyətlərinin iştirakında və ÜMT nümayəndələrinin müxtəlif illərdə Azərbaycan Respublikasına etdikləri rəsmi səfərlərdə göstərir”.

 

A.Verdiyev Hidrometeoroloji proqnozların keyfiyyətinin artırılması üçün görülən işlərdən də danışıb:

 

“2004-cü ildə yeni Türkmetcap proqramı, 2010-cu ildə EUMETSAT proqramı, 2014-cü ildə METCAP+ yeni versiyası quraşdırılıb.

2016-cı ildə Fransanın COROBOR sistemi quraşdırılıb, bu sistem meteoroloji müşahidə məlumatlarının ötürülməsi və paylanması eləcə də saxlanması və emalı prosesini həyata keçirir. Azərbaycanda əhalinin gözlənilən təhlükəli hidrometeoroloji hadisələrlə bağlı xəbərdar edilməsi və bu məlumatlara çıxışın təmin edilməsi, eyni zamanda aidiyyəti qurumlarla sıx əməkdaşlıq edilməsi üçün, ETSN-nin Milli Hidrometeorologiya Departamenti öz əsasnaməsinə uyğun olaraq fəaliyyətini təşkil edir.  Əhalini, idarə, müəssisə və təşkilatları qanunveticilikdə nəzərdə tutulmuş qaydada hidrometeoroloji məlumatlarla, təhlükəli atmosfer hadisələri haqqında xəbərdarlıqlarla, meteoroloji və aqrometeoroloji proqnozlarla, iqlim xaraktetistikaları, səth suların hidroloji rejimi, Xəzər dənizinin hidrometeoroloji xüsusiyyətləri haqqında məlumatlarla təmin edir.

 

Əhaliyə, eləcə də iqtisadiyyata ziyan vuran, qəzalara gətirib çıxara biləcək təhlükəli və xüsusi təhlükəli hidrometeoroloji hadisələr (güclü küləklər, qasırğa, güclü şaxtalar, quraqlıqlar, sellər, qar uçqunları və s,) haqqında xəbərdarlıqların hazırlanmasını və onların dövlət idarərtmə orqanlarına, əlaqədar təşkilatlara və əhalinin nəzərinə çatdırılmasını həyata keçirir”.

 

Qeyd edək ki, Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) tərəfindən hər il martın 23-ü Ümumdünya meteorologiya günü kimi qeyd olunur. ÜMT-nin icraiyyə şurasının 70-ci sessiyasında razılaşdırıldığı kimi, bu ilki meteorologiya günü “Günəş, Yer və hava” mövzusu adı altında keçirilir.

# 880
avatar

Aygün İbrahimli

Oxşar yazılar