<b>Polşa-Latviya qarşılaşmasını azərbaycanlı hakimlər idarə edəcək</b>
23 mart 2019 18:52 (UTC +04:00)

Polşa-Latviya qarşılaşmasını azərbaycanlı hakimlər idarə edəcək

FİFA referisi Əliyar Ağayev Avro-2020-nin seçmə mərhələsinin oyununa təyinat alıb. 

Lent.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, beynəlxalq dərəcəli azərbaycanlı hakim martın 24-də Varşava şəhərindəki “Narodovy” stadionunda keçiriləcək Polşa – Latviya qarşılaşmasını idarə edəcək. 

Bu oyunda Ə.Ağayevin köməkçiləri isə Rza Məmmədovla Namiq Hüseynov olacaq. Dördüncü hakim funksiyasını isə Rəhim Həsənov yerinə yetirəcək.

# 730
avatar

Oxşar yazılar