Müğənni Moskvada toyda döyülməsi xəbərindən yazdı - <span style="color:red;">"Biri ilə mübahisə olub..."
23 mart 2019 18:21 (UTC +04:00)

Müğənni Moskvada toyda döyülməsi xəbərindən yazdı - "Biri ilə mübahisə olub..."

Müğənni Üzeyir Mehdizadə Moskvada həmkarı Rəqsanə İsmayılovanın restoranında döyülməsi xəbərinə reaksiya verib.
 
Axşam.az-ın məlumatına görə, o, yayılan informasiya haqda İnstaqramda yazıb:
 
"Əziz izləyicilər, dostlar, bizə görə narahat olan adamlar, gördüyünüz kimi hər şey qaydasındadır. Şükür Allaha. Qısa məlumat verim. Sadəcə yanımızda gedən dostlarımızdan biri ilə mübahisə olub. O da yoluna düşüb. 
 
Elə vaxt olur ki, bir ailə içərisində iki qardaş arasında da söz söhbət olur. Bizim ən böyük düşmənimiz ermənilərdir. 
 
Kənardan elə başa düşülə bilər ki, iraq olsun bizim ən çox yaşadıqlarımız söz-söhbətdir. Şairlə nə dava dalaş?"
 
Qeyd edək ki, ifaçı məlumatı təkzib etməyə çalışsa da, onun konsertdən heç bir görüntü paylaşmaması diqqət çəkib. Onu da bildirək ki, Üzeyir və köməkçisi Novruz konsertindən sonra Moskvada biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlılarla insident yaşayıb.
# 937
avatar

Oxşar yazılar