Sabahdan hava dəyişəcək - <b>XƏBƏRDARLIQ</b>
23 mart 2019 13:57 (UTC +04:00)

Sabahdan hava dəyişəcək - XƏBƏRDARLIQ

Sabaha olan hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a bildirilib ki, martın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı, zəif duman olacağı ehtimalı var. Cənub-qərb küləyi axşama doğru  arabir güclənən şimal-qərb küləyi ilə əvəz oluanacaq.

Havanın temperaturu  gecə 5-7 dərəcə, gündüz  9-12 dərəcə  isti,

Bakıda gecə 5-7 dərəcə isti, gündüz  10-12 dərəcə  isti təşkil edəcək.

Nazirlikdən bildirilib ki, martın 24-ü axşamdan 26-sı səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi  15-20 m/s, arabir 23-28 m/s,

martın 25-də yarımadanın bəzi yerlərində arabir 30 m/s. təşkil edəcək.

Fasilələrlə yağış yağacaq.  Havanın temperaturu  6-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq.

Lakin gündüz qərb rayonlarından başlayaraq yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  3-7 dərəcə isti təşkil edəcək.

 

 

 

 

 

# 889
avatar

Aygün İbrahimli

Oxşar yazılar