<b>Bu gün "Avro-2020"-nin I turu yekunlacaq -<span style="color:red;"> 8 QARŞILAŞMA </b>
23 mart 2019 16:12 (UTC +04:00)

Bu gün "Avro-2020"-nin I turu yekunlacaq - 8 QARŞILAŞMA

Martın 23-də futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsinin birinci turuna 8 qarşılaşma ilə yekun vurulacaq.
 
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, "J" qrupunun favoriti İtaliya millisi doğma meydanda Finlandiya yığmasını sınağa çəkəcək.
 
Digər oyunlarda Bosniya və Herseqovina Ermənistanı, Lixtenşteyn isə Yunanıstan seçməsini qəbul edəcək.
 
"F" qrupunda mübarizə aparan İspaniya doğma meydanda Norveçlə üz-üzə gələcək. Qrupda həmçinin Malta - Farer adaları və İsveç - Rumıniya görüşləri keçiriləcək.
 
Günün qarşılaşmalarını təqdim edirik:
 
D qrupu
 
18:00. Gürcüstan – İsveçrə
 
21:00. Cəbəllütariq - İrlandiya
 
F qrupu
 
21:00. Malta – Farer adaları
 
21:00. İsveç - Rumıniya
 
23:45. İspaniya - Norveç
 
J qrupu
 
23:45. Bosniya və Herseqovina – Ermənistan
 
23:45. İtaliya - Finlandiya
 
23:45. Lixtenşteyn - Yunanıstan.
 
Qeyd edək ki, "Avro-2020"nin final mərhələsi qitənin 12 şəhərində, o cümlədən Bakıda təşkil olunacaq. 24 komandadan 4-ü UEFA Millətlər Liqasından, 20-si isə hər qrupda ilk 2-si olmaqla, seçmə mərhələdən vəsiqə qazanacaq.
# 938
avatar

Oxşar yazılar