<b>Tətil bitənədək hər gün Novruz şənlikləri olacaq</b>
23 mart 2019 19:38 (UTC +04:00)

Tətil bitənədək hər gün Novruz şənlikləri olacaq

Paytaxt  Bakı şəhərində tətil günləri ərzində  hər gün Novruz şənlikləri olacaq.

Bakı Şəhər İcra Hakimiyyətindən Lent.az-a bildirilib ki, Novruz bayramı ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinın təşkilatçılığı ilə bayram günləri ərzində paytaxt Bakı şəhərində müxtəlif kütləvı tədbirlər və konsert proqramları təşkil olunur.

Əvvəlki illərdən fərqli olaraq paytaxtın rayonlarında əsas meydanlardan əlavə olaraq bir çox qəsəbə və yaşayış məntəqələrində, məhəllələrdə də bayram tədbirləri keçirilir.

Paytaxtda təşkil edilmiş Novruz bayramı tədbirləri çərçivəsində mərkəz ərazilərdə keçirilən kütləvi tədbir və konsert proqramları gündəlik davam edir, Bakı şəhərinin rayonlarında isə tədbirlər qrafikə uyğun təşkil edilir.

Tədbirlər çərçivəsində bayram şənlikləri və konsertlər Səbail rayonu Abbasqulu Abbaszadə küçəsi 19, 21, 23, 25 ünvanlarındakı məhəllədə və Nizami rayonu, Bəhruz  Nuriyev küçəsi 49, 51, 53 ünvanlarındakı həyətlərdə təşkil olunub.

Bayram tədbirlərində tanınmış incəsənət ustaları ilə yanaşı rayonların mədəniyyət ocaqlarının bədii kollektivlər xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirib, rəngarəng konsert proqramı ilə çıxış edib, pəhləvanlar öz məharətlərii  göstəriblər.

Bayram tədbirləri həmçinin paytaxtın dıgər məhəllələrində də keçiriləcək.

 

 

 

 

# 699
avatar

Aygün İbrahimli

Oxşar yazılar