7 şahmatçımızdan yalnız biri qələbə qazandı - AÇ
23 mart 2019 15:02 (UTC +04:00)

7 şahmatçımızdan yalnız biri qələbə qazandı - AÇ

Makedoniyanın paytaxtı Skopyedə şahmat üzrə şəxsi Avropa çempionatında V turun görüşləri keçirilib. ONA-nın məlumatına görə, beşinci oyun günü AAzərbaycan millisinin üzvləri üçün uğurlu alınmayıb. 
 
Belə ki, təmsilçilərimizdən yalnız Rauf Məmmədov qələbə qazanıb. O, ardıcıl 4-cü qələbə sayəsində 27-ci yerə yüksəlib. Digər şahmatçılarımızdan 2-si heç-heçə oynadığı halda, 4-ü məğlubiyyətə üzülüb. 
 
Avropa çempionatı
 
V tur
 
Rauf Məmmədov (2701) – Niklas Huşenbet (Almaniya, 2594) - 1:0
Eltac Səfərli (2662) – Vitali Sivuk (Ukrayna, 2514) - 0,5:0,5
Nikita Meşkovs (Latviya) – Kənan Qarayev (2368) - 1:0
Nikola Djukiç (Çernoqoriya, 2572) – Məhəmməd Muradlı (2444) - 1:0
Boroljub Zlatanoviç (Serbiya, 2376) – Ülvi Sadıqov (2488) - 1:0
Stefan Mazur (Slovakiya, 2441) – Cahandar Azadəliyev (1863) – 1:0
Abdulla Qədimbəyli (2404) – Damyan Yandriç (Serbiya, 2171) 0,5:0,5
 
Turnir cədvəli: 1. Maksim Rotşteyn (İsrail), 2. Frents Berkeş (Macarıstan), 3. Kirill Alekseyenko (Rusiya) – hamısı 4,5 xal, ...27. Rauf Məmmədov - 4, ...136. Eltac Səfərli - 3, ...173. Məhəmməd Muradlı, 203. ...Kənan Qarayev – hər ikisi 2,5, ...236. Abdulla Qədimbəyli, ...268. Ülvi Sadıqov, ...270. Cahandar Azadəliyev - hər ikisi 2. 
 
Qeyd edək ki, 11 turdan ibarət olan yarış martın 29-da başa çatacaq.
# 650
avatar

Oxşar yazılar