<b>Gələn ay YENİ AVİAREYS açılacaq - <span style="color:red;">Biletlər artıq SATIŞDA </b>
23 mart 2019 12:05 (UTC +04:00)

Gələn ay YENİ AVİAREYS açılacaq - Biletlər artıq SATIŞDA

Aprel ayının 9-dan etibarən Rusiyanın “İrAero” aviaşirkəti Çelyabinsk-Bakı marşrutu üzrə birbaşa aviareyslərin yerinə yetirilməsinə başlayacaq.
 
ONA-nın aviaşirkətə istinadən verdiyi məlumata görə, sözügedən aviareys üzrə uçuşlar hər həftənin II, iyunun 20-dən etibarən isə  IV günləri “Sukhoi Superjet 100” avialayneri ilə həyata keçiriləcək.
 
Bakıdan Çelyabinskə təyyarə saat 13:00-da, əks istiqamətdə isə yerli vaxtla saat 19:00-da havaya qalxacaq. Uçuşun ümumi vaxtı 3 saat təşkil edəcək.
 
Qeyd edək ki, sözügedən aviareys üzrə biletlər artıq satışa çıxarılıb. Bir istiqamətə biletin qiyməti 10 min rubl (264 manat) təşkil edir.
# 1051
avatar

Oxşar yazılar