Terrora məruz qalan məscidlər yenidən açıldı
23 mart 2019 09:05 (UTC +04:00)

Terrora məruz qalan məscidlər yenidən açıldı

 
Yeni Zelandiyanın Kraysterç şəhərinin terrora məruz qalmış məscidləri yenidən dindarlar üçün açıqdır. 
 
ONA-nın TASS-a istinadən yaydığı xəbərinə görə, polis şəhərdə təhlükəsizliyə nəzarəti azaltmağa qərar verib və yolları açıb.  
 
Polisin məlumatına görə, Ən-Nur və Linvud məscidləri yenidən müsəlman icmasına verilib.
 
Hüquq-mühafizə orqanları burada və ölkənin digər məscidlərində təhlükəsizliyə nəzarət edəcəklər.   
# 581
avatar

Oxşar yazılar