<span style="color:red;">Həmkəndlisini bıçaqladı : həyatını itirdi - YENİLƏNİB
24 mart 2019 00:48 (UTC +04:00)

Həmkəndlisini bıçaqladı: həyatını itirdi - YENİLƏNİB

 
Sabirabadda bıçaqlanan şəxs dünyasını dəyişib.
ONA-nın məlumatına görə, bıçaq xəsarəti alan 1980-ci il təvəllüdlü Muradov Həsən Əsgərxan oğlu vəziyyəti ağırlaşdığından Bakıya yola salınıb.
 
Ancaq o, yolda həyatını itirib.
 
Faktla əlaqədar rayon Prokurorluğu araşdırmalara başlayıb.
 
22.03.2019 / 23:40
 
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, məişət zəminində Sabirabad rayonunun Qalağayın kənd sakini, 1994-cü il təvəllüdlü Əliyev Cavid Gülbala oğlu, həmkəndlisi, 1980-ci il təvəllüdlü Muradov Həsən Əsgərxan oğlunu bıçaqlayıb. 
 
Sonuncu qarının ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə Sabirabad rayon xəstəxanasına yerləşdirliərək əməliyyat olunub. Əməliyyatdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirlib.
 
Faktla bağlı Sabirabad polis şöbəsində cinayət işi açılıb araşdırma aparılır.
# 1074
avatar

Oxşar yazılar