[b]Qəza zolağı sərhədində atışma: ölən və yaralananlar var[/b]
22 mart 2019 21:30 (UTC +04:00)

[b]Qəza zolağı sərhədində atışma: ölən və yaralananlar var[/b]

 
İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşma zamanı 2 nəfər ölüb, onlarla insan yaralanıb. 
 
ONA-nın TASS-a istinadən yaydığı xəbərinə görə, Qəza zolağında cümə namazından sonra yüzlərlə insan “Qayıdış yürüşü”-nə çıxaraq İsrail ilə sərhədə doğru hərəkət edib. 
 
İsrail hərbçiləri sərhəd zolağını keçən ərəblərə atəş açıb. 
 
Nəticədə 2 fələstinli ölüb, 30-a yaxın insan yaralanıb və gözyaşardıcı qazdan zəhərlənib. 
# 653
avatar

Oxşar yazılar