Sintetik ət yetişdiriləcək - VAXT AÇIQLANDI
22 mart 2019 22:16 (UTC +04:00)

Sintetik ət yetişdiriləcək - VAXT AÇIQLANDI

Laboratoriya şəraitində heyvan hüceyrələrindən yetişdirilən ət artıq yenilik hesab edilmir.
 
İct.az-ın xəbərinə görə, tanınmış milyarder sahibkarlar Bil Qeyts və Riçard Brensonun dəstəyilə ABŞ-ın “Memphis Meats” qida şirkətinin “laboratoriya” ətinin istehsalı üzrə iki patent aldığı aşkarlanıb.
 
Alimlər gələcək “laboratoriya” ətinin yüksək keyfiyyətə malik olduğunu açıq şəkildə bildirirlər. Onun üçün qida maddələri ilə zəngin olan, xüsusi olaraq “sınaq şüşəsində” ət yetişdirilməsi üçün inəklərin qanından hazırlanan zərdab lazım olmayacaq. Alimlərin fikrincə, bu, hətta heyvan haqlarının müdafiəçilərinə ət qidasına münasibəti dəyişdirməyə kömək edəcək.
 
Qeyd olunub ki, CRISPR genomunun redaktəsi texnologiyası DNT-yə dəyişikliklər etməyə imkan verir. Hazırda alimlər tamamilə yeni nəticələrin əldə olunması üçün bu iki texnologiyanı birləşdirməyə çalışırlar.
 
Ən azı 2 startap CRISPR-dən istifadə olunmaqla sintetik ətin yetişdirilməsi üzrə təcrübələr aparır.
 
Qeyd edək ki, artıq gələn il sintetik ətin marketlərdə satılacağına dair məlumatlar da var.
 
# 728
avatar

Oxşar yazılar