[b]Azərbaycanlı referi "Avro-2020"-nin oyununda[/b]
22 mart 2019 19:44 (UTC +04:00)

[b]Azərbaycanlı referi "Avro-2020"-nin oyununda[/b]

FİFA referisi Əliyar Ağayev Avro-2020-in seçmə mərhələsinin oyununa təyinat alıb. Bu barədə Lent.az AFFA-ya istinadən xəbər verir.
 
Məlumata görə, Polşa–Latviya qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Rza Məmmədov və Namiq Hüseynov kömək edəcəklər.
 
Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.
 
Qeyd edək ki, qarşılaşma martın 24-də Varşava şəhərindəki “Narodovy” stadionunda baş tutacaq.
# 677
avatar

Oxşar yazılar