<b>Məlahət Abbasovanın verilişi <span style="color:red;">BU KANALDA  yayımlanacaq</b>
22 mart 2019 16:45 (UTC +04:00)

Məlahət Abbasovanın verilişi BU KANALDA yayımlanacaq

Məlahət Abbasovanın “Məlahətli söhbətlər” proqramı bundan sonra AzTV-də yayımlanacaq.
 
Əməkdar artist bu barədə “Gün başladı” proqramında məlumat verib.
 
“Layihəm hazırdır. AzTV-nin yeri mənim üçün çox fərqlidir. Çünki ilk dəfə məni tamaşaçılara təqdim edib. Təkrar doğma kanalıma dönürəm. Şou insanı deyiləm, özümə bir missiya yükləmişəm ki, iki ölkənin məşhurları bir-birini gəlib, tanısınlar. Onları bura gətirirəm ki, siz də bizim sənətçilərimizi tanıyın”.
 
O söhbət zamanı sözügedən proqramda qonaq olan sənətçilər ölkəmizə qonorarsız gəldiyini bildirib.
 
Qeyd edək ki, Abbasova verilişinin yayım vaxtını açıqlamayıb.
 
(axşam.az)
# 999
avatar

Oxşar yazılar