[b]Ukrayna metrosunda BOMBA HƏYƏCANI[/b]
22 mart 2019 16:21 (UTC +04:00)

[b]Ukrayna metrosunda BOMBA HƏYƏCANI[/b]

Ukraynanın Xarkov şəhərində metroda planlaşdırılan bombalı hücumun qarşısı alınıb. Bu barədə Lent.az Urkayna mətbuatına istinadən bildirir.
 
Ukrayna Təhlükəsizlik Xidməti, Xarkov metrosuna bombalı hücum hazırlığında şübhəli bilinənə bir nəfəri saxlayıb.
 
Hücum planının "Rusiya gizli xidmət orqanları tərəfindən" hazırlandığı iddia edilir: “Metroda bombalı hücum planı ölkədə prezident seçkiləri öncəsi ictimai və siyasi sabitliyi pozmaq məqsədi daşıyır”.
 
Ukrayna Təhlükəsizlik Xidməti Rusiya kəşfiyyatının hücumu reallaşdırması üçün şübhəli şəxsə 15 min dollar ödədiyini də iddia edir.
 
# 630
avatar

Oxşar yazılar