Məhkum uşaqların sayı <span style="color:red;">ARTIB
22 mart 2019 15:06 (UTC +04:00)

Məhkum uşaqların sayı ARTIB

Azərbaycanda son statistik göstəricilərə görə, məhkum olunmuş 14-17 yaşlı uşaqların sayında, eləcə də onların arasında azadlıqdan məhrum edilmə yolu ilə  cəzalandırılanların sayında artım var.

Lent.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ildə 14-17 yaşında 323 nəfər məhkum olunub. Onlar arasında 111 nəfərinə azadlıdan məhrum edilməklə cəza tətbiq olunub. Qalan 16 nəfər islah işləri, 2-si ictimai işlər, 98 nəfəri cərimə, 96 nəfəri isə şərti məhkumetmə cəzası ilə cəzalandırılıb.

Qeyd edək ki, ötən illərlə müqayisədə azadlıqdan məhrumetmə yolu ilə cəzalandırılan 14-17 yaşlı məhkumların sayında artım qeydə alınıb.

2010-cu ildə məhkum edilən 238 nəfərdən 46-sı, 2011-ci ildə 241-nəfərdən 45-i, 2012-ci ildə 235 nəfərdən 76-sı, 2013-cü ildə 272 nəfərdən 62-si, 2014-cü ildə 280 məhkum ediləndən 72-si, 2015-ci ildə 286 nəfərdən 95-i, 2016-cı ildə isə 261 nəfərdən 79-u azadlıqdan məhrum edilərək cəzalandırılıb.  

 

 

 

 

# 904
avatar

Aygün İbrahimli

Oxşar yazılar