<b>Dibçəkdə çətənə becərirmiş...</b>
22 mart 2019 14:55 (UTC +04:00)

Dibçəkdə çətənə becərirmiş...

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat həyata keçiriblər.
 
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan ONA-nın şimal-qərb bürosuna verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Xalatala kənd sakini 26 yaşlı Murad Abduyev saxlanılıb.  Onun yaşadığı evə baxış keçirilən zaman 1 ədəd dibçəkdə hündürlükləri 10-15 sm olan kultivasiya yolu ilə yetişdirilmiş 31 ədəd çətənə bitkisinin şitilləri aşkar olunub.
 
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində M. Abduyevin evindən qanunsuz olaraq saxladığı 1 ədəd “ TOZ-8” markalı silah da aşkar edilərək maddi sübut kimi götürülüb.
 
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
# 1038
avatar

Oxşar yazılar