[b]Ərdoğandan Trampın Qolan yüksəklikləri ilə bağlı açıqlamasına MÜNASİBƏT[/b]
22 mart 2019 14:24 (UTC +04:00)

[b]Ərdoğandan Trampın Qolan yüksəklikləri ilə bağlı açıqlamasına MÜNASİBƏT[/b]

“Qolan yüksəkliklərinin işğalının qanuniləşdirilməsinə heç vaxt izin verilməyəcək”. 
 
ONA-nın "Milliyət"ə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlığı Təşkilatının Komitə iclasında səsləndirib.
 
O, əlavə edib ki, ABŞ prezident Donald Trampın Qolan yüksəklikləri ilə bağlı açıqlaması bölgədə yeni böhranın, yeni gərginliyin yaranmasına gətirib çıxaracaq: “Bu ərazilər 1967-ci ildən İsrailin nəzarətindədir. Belə həssas bir məsələyə səssiz qalmaq mümkün deyil. Fələstin məsələsinə sahib çıxmaq və İsrail zülmü qarşısında Fələstinin haqqını müdafiə etmək bizim üçün vacibdir".
 
Qeyd edək ki, ötən gün prezident Donald Tramp ölkəsinin İsrailin Qolan yüksəkləri üzərində suverenliyini tanımasının vaxtı çatdığını bəyan edib.
# 734
avatar

Oxşar yazılar