Çempionlar Liqası: Yarımfinalda İtaliyanın 4, Türkiyənin 2 klubu oynayacaq
22 mart 2019 13:26 (UTC +04:00)

Çempionlar Liqası: Yarımfinalda İtaliyanın 4, Türkiyənin 2 klubu oynayacaq

Kişi və qadın voleybolçular arasında keçirilən Çempionlar Liqasının yarımfinal mərhələsinin iştirakçıları müəyyənləşib. ONA-nın məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində 4 ölkənin təmsilçisi mübarizəni davam etdirəcək. 
 
Kişilərin yarışında İtaliyanın "Peruca" və "Kuçine-Lube" komandaları müvafiq olaraq, "Zenit" (Rusiya) və "Belçatov"la (Polşa) üz-üzə gələcəklər. 
 
Qadın voleybolçuların yarışında da italiyalılar 2 klubla təmsil olunacaq. Onların rəqibləri isə Türkiyə komandalarıdır. Belə ki, "Vakıfbank" - "Novara"nı, "Fənərbaxça" "Konegliano"nu sınağa çəkəcək. 
 
Qeyd edək ki, yarımfinal oyunlarına apreldə start veriləcək. Kişilər ayın 4-də və 9-da, qadınlar 2-də və 9-də qarşılaşacaqlar. 
# 783
avatar

Oxşar yazılar