<b>Bu günün havası</b>
22 mart 2019 09:00 (UTC +04:00)

Bu günün havası

Bu gün Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliynin Milli Hidrometeorologiya Departamentindən bildirilib.
 
Məlumata görə, lakin gecəyə doğru bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
 
Havanın temperaturu  gecə  4-6° isti, gündüz 10-15° isti təşkil edəcək.
 
Bakıda gecə 4-6° isti, gündüz  12-14°  isti təşkil edəcək. 
 
Atmosfer  təzyiqi normadan yüksək 767  mm civə sütunundan 764 mm civə sütununa enəcək.
 
Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70  % olacaq. 
 
Rayonlarda da bu gün əsasən yağmursuz, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Gündüz mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  3-8° isti təşkil edəcək.
# 518
avatar

Aygün İbrahimli

Oxşar yazılar