UEFA Ronaldoyla bağlı qərarı açıqladı
21 mart 2019 22:05 (UTC +04:00)

UEFA Ronaldoyla bağlı qərarı açıqladı

UEFA "Yuventus"un futbolçusu Kriştiano Ronaldonu Çempionlar Liqasının 1/8  finalının "Atletiko" ilə cavab matçında etdiyi qeyri-etik jestə görə cərimələyib.
 
Bununla bağlı qərar qurumun bugünkü iclasında verilib. Portuqaliyalı hücumçu 20 min avro cərimə ödəyəcək. 
 
Xatırladaq ki, Ronaldo "Atletiko" ilə görüşdə het-trik etməklə komandasını növbəti mərhələyə yüksəldib. O, 3-cü qoldan sonra  sevincini qeyri-etik şəkildə qeyd edib. Ronaldo bununla ilk görüşdə eyni jesti edən "Atletiko"nun baş məşqçisi Dieqo Simeoneyə cavab verib. Simeone də bu hərəkətinə görə UEFA tərəfindən 20 min avro cərimələnmişdi.
 
(qol.az)
# 1088
avatar

Oxşar yazılar