İraqda bərə batıb, 60 nəfər öldü - VİDEO
21 mart 2019 19:45 (UTC +04:00)

İraqda bərə batıb, 60 nəfər öldü - VİDEO

 
İraqda Dəclə çayında onlarla turistin olduğu “Əl-Cəzirə” bərəsi batıb.
 
ONA-nın “Alhurra” telekanalına istinadən verdiyi məlumata görə, 60 nəfər ölüb, 30 nəfəri xilas etmək mümkün olub.
 
Hadisə Mosulun əl-Qabat rayonunda baş verib. Sərnişinlərin əksəriyyəti uşaq və qadınlardır. Xilasetmə əməliyyatı davam etdirilir.
 
Bərənin qəzaya uğramasının səbəbi ilə bağlı iki ehtimal var. Birinci ehtimal bərədə nəzərdə tutulan həddən çox sərnişinin olması, ikinci ehtimal isə Mosul su anbarından Dəclə çayına su buraxılması və çayda suyun səviyyəsinin kəskin artmasıdır.
 
# 726
avatar

Oxşar yazılar