Hərbi hissələrdə Novruz bayramı tədbirləri keçirilib - FOTO

2019-cu ilin fəaliyyət planına əsasən Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib.
 
Nazirlikdən Lent.az-a verilən məlumata görə, təntənəli mərasimlərdə çıxış edənlər xalqımız və dövlətimiz tərəfindən Novruz bayramına verilən yüksək qiymətdən, yazın gəlişinin bütün ölkəmizdə yüksək əhval ruhiyyə, coşqu, təntənə ilə qeyd edilməsindən, Novruz ənənələrinin tarixindən, eləcə də qorunaraq gələcək nəsillərə ötürülən bu milli-mənəvi dəyərlərin tərbiyəvi əhəmiyyətindən söhbət açıblar.
 
Tonqal ətrafında keçirilən bayram şənliklərində konsert proqramları təqdim edilib, hərbçilər və qonaqlar üçün bayram süfrələri təşkil olunub.

LENT

23 Aprel 2019
22 Aprel 2019

Digər xəbərlər >>>