Emma zəhərləndi: Bakının məşhur restoranında
21 mart 2019 00:24 (UTC +04:00)

Emma zəhərləndi: Bakının məşhur restoranında

Müğənni Elmira (Emma) Ələkbərzadə zəhərlənib. 
 
Sənətçi bu haqda özü xəbər yayıb. O bildirib ki, Bakıda getdiyi Bayıl ərazisində yerləşən “Riviera” restoranında zəhərlənib. Sənətçi yediyi salatdan sonra halının pisləşdiyini bildirib:
 
"Bayılda "Riviera" restoranında qızardılmış balıqdan hazırlanan salat sifariş verdim. Nəticədə zəhərləndim. İllər əvvəl də orada salatdan zəhərlənmişdim. Düşündüm zaman keçib, çox şey dəyişib. Ancaq yox! Onlar məni çox yaxşı tanıyırlar, ancaq yenə də keyfiyyətsiz yemək veriblər”.
 
İfaçı izləyicilərinə bir daha həmin restorana getməmələrini deyib. Emma bayramdan sonra məkana gedib, şikayət edəcəyini söyləyib.
 
(axsam.az)
# 1693
avatar

Oxşar yazılar