Azərbaycan idmançıları böyük uğura imza atdı: erməniləri geridə qoydu
20 mart 2019 23:32 (UTC +04:00)

Azərbaycan idmançıları böyük uğura imza atdı: erməniləri geridə qoydu

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin vitse-prezidenti, millət vəkili Fazil Mustafanın Lent.az-a verdiyi məlumata görə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı  Əbu Dabidə keçirilən Xüsusi Yay Olimpiya oyunları başa çatib.

 

Azərbaycan idmançıları böyük uğura imza ataraq 6 qızıl, 10 gümüş və 9 bürünc (cəmi 25) medal qazanıblar. Müqayisə üçün deyək ki, qonşu Gürcüstan idmançıları 2 qızıl, 2 gümüş, 2 bürünc medal, düşmən ölkə Ermənistan isə 2 qızıl və 1 bürünc medal qazanmışlar. Növbəti Xüsusi Yay Olimpiya oyunları 2023-cü ildə Almaniyanın paytaxtı Berlində keçiriləcəkdir.

# 1064
avatar

Oxşar yazılar