Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
20 mart 2019 21:08 (UTC +04:00)

Azərbaycan - Litva oyununun hakimləri açıqlandı

 
Futbol üzrə Azərbaycan millisinin Litva ilə yoldaşlıq oyununu idarə edəcək hakimlərin adları dəqiqləşib. ONA-nın məlumatına görə, martın 25-də baş tutacaq matç rumıniyalı ədalət təmsilçilərinə həvalə edilib. 
 
Görüşün baş hakimi Fesnik Horatiu olacaq. Ona Avram Valentin, Cerey Aleksandru köməklik edəcəklər. Qarşılaşmada dördüncü hakim funksiyasını isə həmyerlimiz Orxan Məmmədov yerinə yetirəcək. 
 
Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək matç saat 18:00-da başlayacaq.
# 892
avatar

Oxşar yazılar