[b]Zəlzələ nəticəsində 3 nəfər xəsarət aldı - Türkiyədə[/b]
20 mart 2019 20:12 (UTC +04:00)

[b]Zəlzələ nəticəsində 3 nəfər xəsarət aldı - Türkiyədə[/b]

Türkiyənin Denizli vilayətində baş verən zəlzələ nəticəsində 3 nəfər xəsarət alıb.
 
6,2 bal gücündə zəlzələ bu gün səhər saatlarında baş verib.
 
Zəlzələnin episentri Acıpayam şəhərindən 16 kilometr cənubda və Tefenni şəhərindən 32 kilometr qərbdə yerləşib. Yeraltı təkanların dərinliyi 27 kilometr təşkil edib.
 
(Trend)
# 673
avatar

Oxşar yazılar