<b>Bayram günlərində banklar da gücləndirilmiş iş rejimində çalışacaq</b>
19 mart 2019 17:42 (UTC +04:00)

Bayram günlərində banklar da gücləndirilmiş iş rejimində çalışacaq

Ölkə əhalisinin və çoxsaylı turistlərin Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri ərzində bank xidmətlərindən rahat faydalanmasının təmin edilməsi məqsədilə 24 bankın 152 filial və şöbəsi gücləndirilmiş iş rejimində çalışacaq.
 
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən bildirilib.
 
Bayram günləri ərzində ölkəmizə əhəmiyyətli turist axınının olacağını nəzərə alaraq, onların valyuta mübadiləsi əməliyyatlarını rahat həyata keçirə bilmələri üçün Palata paytaxtda və əsas turizm bölgələrində yerləşən bankların filial və şöbələrinə gücləndirilmiş iş rejimində çalışmağı tövsiyə edib.
 
Beş bankın Sumqayıt, Xırdalan, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Quba, Bərdə, Naxçıvan və digər şəhərlərdə yerləşən 46 filial və şöbəsi müştərilərə xidmət göstərəcək.
 
Bakıda yerləşən 8 bankın 13 filial və şöbəsi 24/7 rejimində fəaliyyət göstərəcək.
 
Bundan əlavə, bayram günlərində Palatanın əməkdaşlarından ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə bağlı maliyyə xidmətləri istehlakçıları Palatada yaradılmış Qaynar Xəttə müraciət edə bilərlər.
# 752
avatar

Oxşar yazılar