Türkiyədə edam cəzası bərpa edilir?
19 mart 2019 16:46 (UTC +04:00)

Türkiyədə edam cəzası bərpa edilir?

“Edam cəzasının ləğv etməklə Türkiyə yanlışlığa yol verib”.
 
ONA-nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan Zonquldağın Ereğli bölgəsində bələdiyyə seçkiləri öncəsi əhali ilə keçirdiyi görüşdə deyib.
 
O, ölkə parlamentinin edam cəzasının bərpası ilə bağlı qanun qəbul edəcəyi halda qanunu təsdiq edəcəyini açıqlayıb. "2016-cı il iyunun 15-də dövlət çevrilişinə cəhdə görə ağırlaşdırılmış ömürlük cəza alanları belə həbsxanada bəsləmək mənə ağır gəlir",- deyə R.T.Ərdoğan əlavə edib.
# 637
avatar

Oxşar yazılar