<b>Millimizin futbolçusu əməliyyat olundu</b>
19 mart 2019 11:42 (UTC +04:00)

Millimizin futbolçusu əməliyyat olundu

Azərbaycan milli komandasının və "Sumqayıt" klubunun futbolçusu Əfran İsmayılov əməliyyat olunub. ONA-nın məlumatına görə, Topaz Premyer Liqasının XXI turunun "Sabah"la qarşılaşmasında zədələnən 31 yaşlı yarımmüdafiəçinin əməliyyatı Türkiyədə gerçəkləşib.
 
Ə.İsmayılov Ankaradakı "Acıbadem" klinikasında Türkiyənin məşhur həkimi Mehmet Binnet tərəfindən əməliyyat olunub. Onun əməliyyatı uğurla keçib.
 
İlkin məlumata əsasən, Ə.İsmayılov 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
# 1020
avatar

Oxşar yazılar