Küçə musiqiçilərinin beynəlxalq müsabiqəsi keçirilir
19 mart 2019 00:27 (UTC +04:00)

Küçə musiqiçilərinin beynəlxalq müsabiqəsi keçirilir

Dubayda küçə musiqiçilərinin beynəlxalq festivalı keçirilir. Müxtəlif ölkələrdən onlarca ifaçı “Dubay metrosunda musiqi” festivalında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gəlib. Dubay metrosunun “Burjuman”, “Union”, DMCC, “Mall of the Emirates” və “Burj Khalifa” stansiyaları küçə musiqiçilərinin səhnəsinə çevrilib.
 
“Gulf News” qəzetinin yazdığına görə, bu festival təkcə BƏƏ-də deyil, bütövlükdə Yaxın Şərq regionunda ilk dəfə keçirilir.
 
Festivalda Bolqarıstan, Braziliya, Hindistan, İndoneziya, Rusiya, İordaniya, Livan, Suriya, habelə Körfəz ölkələrindən 25 musiqiçi iştirak edir. Ölkə rəhbərliyindən bildiriblər ki, Dubay hökumətinin və BƏƏ Nəqliyyat Departamentinin hamiliyi ilə keçirilən bu festival mədəni müxtəliflik, eklektiklik və dözümlülük ruhunu qabartmağa xidmət edir.
 
(azərtac)
# 807
avatar

Oxşar yazılar